“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon ayrıldı
2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək. Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncamla, 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.