RU

Azərbaycana qar yağır

Dekabrın 18-i saat 16:00-a olan məlumatına əsasən hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.

 

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.

Tarix: 18 Dekabr 2024, 16:37   
Избранный
9
28
pravda.az

10Источники