RU

Ukrayna Avropa Komissiyasından 4,1 milyard avro dəyərində tranş alıb

Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa İttifaqından 4,1 milyard avro alıb. Missiya.Az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıxal bu barədə "Telegram"da məlumat yayıb.

"Bu, Avropa Komissiyasının bu alət çərçivəsində ayırdığı ikinci müntəzəm ödənişdir. Növbəti tranş dövlətimizin Ukrayna Planında göstərilən bütün tədbirləri həyata keçirməsinin nəticəsi idi", - Şmıxal yazıb.

Hökumət başçısı qeyd edib ki, bu il “Ukrayna Facility” təşəbbüsü çərçivəsində ümumi yardım 16,1 milyard avro təşkil edir. Ümumilikdə Ukraynaya öz limitləri daxilində 50 milyard avro veriləcək. Proqram 2024-2027-ci illəri əhatə edəcək.

Zərintac MayisıqızıMissiya.Az

Избранный
27
missiya.az

1Источники