RU

“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artıb” – Vüqar Zifəroğlu

“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir”.   Bu sözləri Manset.az-a açıqlamasında jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Azərbaycanda media savadlılığı həftəsinin keçirilməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, ölkəmizdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Lakin media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu da bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur. “Media savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır.  İnformasiya savadlılığı, jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir, müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək və effektiv istifadə etmək bacarığıdır. Bu bacarıq, jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir”.

Əməkdar jurnalist hesab edir ki, informasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır.

Избранный
4
3
manset.az

4Источники