ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Rusiya tərəfində Ukraynaya qarşı döyüşən yüzlərlə Şimali Koreya əsgərinin öldüyünü və ya yaralandığını açıqlayıb.

İndex.az xəbər verir ki, çərşənbə axşamı çıxış edən məmur neçə nəfərin öldüyünü dəqiqləşdirməyib, lakin qeyd edib ki, qoşunlar döyüş təcrübəsi olmadığı üçün çoxlu itki verib.

Bəyanat Ukrayna və Qərb mənbələrinin Şimali Koreyanın Rusiyanın müharibə səylərinə kömək etmək üçün 10 minə yaxın əsgər göndərdiyini təsdiqləməsindən həftələr sonra verilib.

Pxenyanın Rusiyaya əlavə hərbçi göndərmək niyyətində olub-olmadığı aydın deyil. Lakin ABŞ-ın hesablamalarına görə, Moskva hər gün ölüm və ya yaralanma səbəbindən 1200 əsgər itirir.