RU

Nazir pensiya yaşı məsələsinə münasibət bildirib

“Pensiya yaşı məsələsi çox qaldırılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, xanımlar üçün 63-dür:

“Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70%-dən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayət qədər ciddi artım var. Orta pensiya məbləği üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir”.

Избранный
606
19
oxu.az

10Источники