RU

HƏMAS girovların azad edilməsi üçün razılığa gəldi

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan qadın hərbçiləri və yaşlıları azad etməyi qəbul edib.

Bu barədə "Operativ Media" TASS-a istinadən xəbər verib. Məlumat “Al Arabiya” telekanalına istinadən yayımlanıb.

Telekanalın mənbələrinə görə, qarşıdakı bir neçə saat Qəzza ilə bağlı danışıqların gedişatında mühüm dönüş nöqtəsi ola bilər.

Mənbələr bildirir ki, HƏMAS atəşkəs razılaşmasının ilkin mərhələsində hərbi əməliyyatların tam dayandırılması tələbindən geri çəkilib. Bununla belə, hərəkat təkid edir ki, Qəzzanın şimal bölgələrinin sakinləri İsrail ordusu tərəfindən əlavə yoxlamaya məruz qalmadan öz evlərinə qayıtmaq hüququ əldə etsinlər.

 

Избранный
11
operativmedia.az

1Источники