Finlandiya ilə Almaniya arasında C-Lion1 telekommunikasiya kabelinin qopmasında Rusiyanın əli olduğu iddia edilir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Finlandiya lideri Aleksandr Stubb deyib.“Məndə olan məlumata əsasən, Rusiyanın Finlandiya və Almaniya arasında televiziya kabelinin qırılmasında əli olduğu iddia edilir. Lakin baş verənlərin şərhi ilə razılaşmaq olduqca çətindir”, - deyə siyasətçi bildirib.Qeyd edək ki, Almaniya ilə Finlandiya arasında ölkələri birləşdirən telekommunikasiya kabelinin kəsildiyi barədə məlumat noyabrda açıqlanıb. Finlandiya Mərkəzi Kriminal Polisi hadisə ilə bağlı cinayət təhqiqatına başlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта