RU

Zənnimcə, Tramp onu qadağan edə bilər - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrün olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib.

Bolgə.TV xəbər verir ki, “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev deyib ki, hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməlidir.
Dövlət başçısı vurğulayıb ki, yardım asılılıq yaratmamalıdır:
“Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: Sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.
İlham Əliyev qeyd edib ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb:
“Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Избранный
5
25
bolge.tv

10Источники