Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4390,5 milyon manat olub.
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz az deməkdir.
Qeyd olunub ki, neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8 faiz, ağ neft istehsalı 1,6 faiz artıb, avtomobil benzini istehsalı 9,4 faiz, neft bitumu istehsalı 7,7 faiz, neft koksu istehsalı isə 18,1 faiz azalıb.
Fuad Mədətov
Fins.az