RU

Yapon alimlərdən inqilabi yenilik: Diş çıxarmağa kömək edən dərman hazırlanır!

Yapon alimləri protez və implantlara alternativ olaraq mövcud olmayan dişlərin yerinə yeni dişlərin çıxarılmasını təmin edə biləcək dərman üzərində çalışır. Hazırda test mərhələsində olan bu dərman, gələcəkdə diş itkisindən əziyyət çəkən milyonlarla insan üçün ümid işığı ola bilər.

Dərmanın sirri nədir?

Osaka Tibb Araşdırma İnstitutu Kitano Xəstəxanasının ağız cərrahiyyəsi bölməsinin rəhbəri Katsu Takahaşi və komandası, insanların diş ətlərində gizli "üçüncü nəsil diş toxumaları"nın olduğunu ortaya qoyub. Alimlər USAG-1 adlı proteini bloklayaraq bu gizli dişləri aktivləşdirən eksperimental dərmanı Kyoto Universiteti Xəstəxanasında klinik sınaqlardan keçirir.

Nəticə nə vaxt əldə ediləcək?

Tədqiqatçılar bu yenilikçi dərmanın 2030-cu ilə qədər bazara çıxarılmasını planlaşdırır. Uğurlu nəticə həm tibdə inqilab yaradacaq, həm də insanların həyat keyfiyyətini artıracaq.

Bu tədqiqat elm dünyasında böyük maraq və mübahisələrə səbəb olub. Əgər hər şey planlaşdırıldığı kimi getsə, gələcəkdə insanlar üçün yeni diş çıxarma, protezlər və implantların əvəzedilməzliyini dəyişə bilər.



Избранный
18
news365.az

1Источники