Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.
\"Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın \"kölgə donanması\"na qarşı tədbirləri və sanksiyalardan yayınma ilə mübarizəni əhatə edir. 16-cı paket hazırlanır\", - o qeyd edib.