RU

YPG nəzarətindəki ərazilər dövlətin nəzarətinə keçəcək

Bakı, TurkicWorld

Əbu Həsən əl-Həmavi tərəfindən idarə olunan Heyət Təhrir əl-Şamın (HTŞ) komandirlərindən Merhaf Əbu Qusra dünən verdiyi açıqlamada, kürdlərin çoxluq təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ/ PKK terror təçkilatının Suriya qolu) nəzarətində olan bölgələrin ölkənin şimal-şərqinin yeni rəhbərliyinin nəzarətinə bildirib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki. o qeyd edib ki, Suriya hər hansı bir federative ölkə ola bilməz.

Suriyanın sahil şəhərlərindən biri olan Latakiyada açıqlama verən Həmavi kürdlərin Suriya xalqının bir parçası olduğunu bildirib və qeyd edib ki, “Problem SDQ –dədir”.

“Hazırda SDQ-nin nəzarətində olan bölgələr Allahın izni ilə HTŞ-nin idarə etdiyi ölkənin yeni rəhbərliyinə daxil ediləcək.Əsədin ölkəni tərk etməsindən sonra “növbəti addım” bütün müxalifət qruplarının daxil olduğu hərbi təşkilat yaratmaqdır.”-deyə o qeyd edib.

HTŞ-nin hərbi qanadının ləğv edilib-edilməyəcəyi sualına isə Həmavi, “İnşallah, bunu ilk başlatanlardan biri olacağıq. “Biz bundan sonra da ölkənin ümumi maraqlarını nəzərə alan istənilən yanaşmanın təşəbbüskarı olacağıq”, – deyə o, cavab verib.

Избранный
13
turkic.world

1Источники