Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.
Leqal.info xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Azərbaycan və Ermənistan, eləcə dəMoskvanın səyləri sayəsində ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.
Gerasimov qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir: "Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır".
Rusiya SQ-nin Baş Qərargah rəisinin sözlərinə əsasən, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası ayırıcı xəttinin ən çətin hissələrindən birinin demarkasiyası artıq başa çatıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта