RU

Suriyanın keçid hökumətindən Moskvaya sərt mesaj

Suriyanın yeni keçid hökumətinin siyasi departamentinin nümayəndəsi Obeida Arnaut Bəşər Əsədin devrilməsindən sonra ölkədəki mövcudluğuna yenidən baxmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə “Euronews” xəbər verir. “İnanıram ki, Rusiya Suriya ərazisində mövcudluğunu və maraqlarını yenidən nəzərdən keçirməlidir”, – deyə Arnaut bildirib.

Onun sözlərinə görə, Moskva “Suriya xalqı ilə düşmənçiliyinin olmadığını” göstərmək üçün yeni administrasiya ilə qarşılıqlı əlaqədə ola bilər.

Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi bazası var: Latakiya limanı yaxınlığındakı Xmeymim aviabazası və Aralıq dənizi sahilindəki Tartus hərbi dəniz bazası. Moskva və Dəməşq 2017-ci ildə Rusiya hərbi qüvvələrinin orada 49 il müddətinə olması haqqında saziş imzalayıb. Bazalar Kremlin ən strateji əhəmiyyətli obyektlərindən biri hesab olunur.

//Samir Qurbanov, Editor.az

Избранный
23
editor.az

1Источники