RU

Ali Koçu yerə yıxan azarkeşə bu cəza verildi

İzmirin “Göztepe” klubunun azarkeşi Fatih Özkan həbs olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna Super Liqanın 2-ci turunda keçirilən “Göztepe” - “Fənərbaxça” matçında qonaq klubun prezidenti Ali Koça qarşı etdiyi hərəkət səbəb olub. 

A.Koçu itələyərək yerə yıxan azarkeş məhkəmənin qərarına əsasən, 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxs haqda daha əvvəl ev dustaqlığı qərarı verilmişdi. F.Özkan məhkəmədəki son sözünündə bəraət tələb edib.

Избранный
18
2
qafqazinfo.az

3Источники