Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulub.


Rekord.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.


Günün ilk matçında "Quba" "Gəncə"ni qəbul edib. B qrupunun qarşılaşması qonaqların qələbəsi ilə bitib – 95:78.


"Şəki" isə "Ordu"nu məğlub edib. B qrupunun matçı bölgə təmsilçisinin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb.


Turun son oyunu A qrupunda - "Abşeron" və "Sərhədçi" komandaları arasında baş tutub. Görüş birincilərin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb.


Daha öncə "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələmişdi.