RU

Əfsanəvi velosipedçi vəfat etdi

  Dekabrın 18-də 90 yaşında əfsanəvi belçikalı velosipedçi Rik Van Looy vəfat edib.

Bu barədə “France24” məlumat yayıb.

Yaşasaydı onun dekabrın 20-də 91 yaşı tamam olacaqdı. Van Looy velosiped tarixinin ən yaxşı bir günlük velosipedçilərindən biri hesab olunur. Ümumilikdə, o, karyerası ərzində səkkiz Abidə qazanıb (red – bir günlük ən nüfuzlu 5 yarış seriyası).

Bu il tarixdə ən azı bir günlük 5 ən nüfuzlu yarışın hər birində qalib gələn ilk velosipedçi olub. Ondan sonra bu nailiyyəti yalnız 2 həmyerlisi – Eddi Merkx və Rocer De Flamink təkrarlayıb.

Van Looy qrup yarışında da iki dəfə – 1960 və 1961-ci illərdə dünya çempionu olub. O, “Grand Tour”da 37 qələbə qazanıb. 12-i “Giro d’İtalia”, 7-i “Tour de France” və 18-i “Vuelta”ya təsadüf edib.

Ümumilikdə, 1953-1970-ci illər arasında davam edən peşəkar karyerası ərzində Van Looy 371 qələbə qazanıb./Publika.az  

Избранный
26
3
referans.az

4Источники