RU

“Tramp 2025-ci ilin sonuna qədər müharibəni bitirə bilər” – Xüsusi nümayəndə

Trampın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq iddia edir ki, Rusiya və Ukrayna müharibənin dayandırılması ilə bağlı dialoqa hazırdır və Donald Tramp vasitəçi olmağa qadirdir.

“AzPolitika” xəbər verir ki, o, bu barədə “Fox Business” telekanalında bildirib.

Kelloqun sözlərinə görə, yeni seçilmiş prezident müharibəni 2025-ci ilin sonuna qədər bitirə bilər, çünki respublikaçının Ağ Evə qayıtması ilə bunun üçün “əla vaxt” gələcək.

Kelloq yanvarda Kiyevə səfər edəcəyini açıqlayıb. Səfərin detalları daha sonra açıqlanacaq.

Xatırladaq ki, Donald Tramp seçki yarışı zamanı dəfələrlə iddia etmişdi ki, Rusiya – Ukrayna müharibəsini 24 saat ərzində dayandıracaq. Lakin göründüyü kimi, bu müddət 1 gündən 1 ilədək uzadılıb. Trampın komandası müharibəni 1 il ərzində bitirə biləcəklərinə ümid edir.

“AzPolitika.info”

Избранный
27
50
azpolitika.info

10Источники