İspaniyanın "Real Madrid" klubu Qitələrarası Kubokun sahibi olub.
Modern.az xəbər verir ki, "Kral klubu" Qətərdə baş tutan həlledici görüşdə Meksikanın "Paçuka" kollektivini üstələyib - 3:0.
Madridlilərin heyətində Kilian Mbappe (37), Rodriqo (53) və Vinisius Junior (84) fərqlənib.
Qeyd edək ki, "Real" tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.