RU

Premyer Liqamızın klubu Avropada 32-ci yerə şərik oldu

İFFHS-in açıqladığı klubların dünya reytinqində ən çox irəliləyişə nail olan Avropa təmsilçiləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 pilləlik sıçrayışa nail olan “Turan Tovuz” da fərqlənənlər sırasında yer alıb.

Kurban Berdıyevin yetirmələri 527-ci yerdən 496-cıya yüksəliblər. Belə irəliləyiş Avropada 32-ci nəticədir. “Tvente”, “Rio Ave” və “Lex” də eyni qədər irəliləməyi bacarıb.

Avropa rekordçusu isə “Varajdin”dir. Xorvatiya klubu 606-cı yeri 486-cıya dəyişməklə 120 pillə yüksəlib. “Yurqorden” 108 addım irəliləyib. İsveçlilər 294-cü yeri 186-cıya dəyişiblər.

Digər təmsilçilərimizdən “Sabah” 14, “Qarabağ” 5 pillə yüksəlibsə, “Zirə”nin mövqeyi dəyişməz qalıb.

Избранный
5
1
sportinfo.az

2Источники