RU

Blinken: İranla danışıqlar üçün perspektivlər var

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Tehran arasında dialoqun bərpası ehtimalı hələ də qalır.

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.

"Düşünürəm ki, danışıqlar perspektivi mövcuddur", - deyə o bildirib.

Onun fikrincə, İran nüvə silahı əldə etməyin fəsadlarından xəbərdardır və heç bir ABŞ administrasiyası Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcək:

"Əminəm ki, bizim administrasiya bu siyasətlərə əməl etdiyi kimi, növbəti administrasiya da eyni siyasətə əməl edəcəkdir".

Избранный
18
1
operativmedia.az

2Источники