RU

Gündə 1 diş sarımsaq udmağın faydaları

Sarımsaq sağlamlıq baxımından üstünlüklərinə görə mətbəxlərdə tez-tez istifadə edilən bir qidadır.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sarımsaq həm immunitet sistemini gücləndirməsi, həm də ürək sağlamlığını dəstəkləməsi ilə tanınır. Sarımsaq immunitet sistemini dəstəkləyə bilən antiviral və antibakterial xüsusiyyətlərə malik birləşmələri ehtiva edir. Bu səbəbdən soyuqdəymə kimi infeksiyalara qarşı qoruyucu təsir göstərir. Sarımsaq öskürək, boğaz ağrısı kimi şikayətlərə faydalıdır, həmçinin bəlğəmgətirici təsirə malikdir. Bundan əlavə, ürək-damar sağlamlığını dəstəkləyə, qan təzyiqini aşağı sala, xolesterol səviyyəsini tənzimləyə və qan laxtalanmasının qarşısını ala bilir. Bəzi araşdırmalar sarımsağın bəzi xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu göstərir. Xüsusilə mədə və kolon xərçəngi riskini azaltmağa kömək edə biləcəyi bildirilir. Eləcə də, Alzheimer və demansiyanın inkişafının qarşısını alır. Sarımsaq antioksidan xüsusiyyətlərə malik birləşmələri ehtiva edir. Bu birləşmələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsini azalda və yaşlanma prosesini gecikdirə bilər.

Sarımsaqda sümük sağlamlığını dəstəkləməyə kömək edən birləşmələri var. Bu da osteoporoz riskini azaltmağa kömək edir.

Избранный
32
8
manset.az

9Источники