RU

Esmira Fuad: “Güney Azərbaycan Etnokultroloji dəyərlər diskursunda”

Filologiya elmləri doktoru Esmira Fuadın hər kitabını əlimə alanda düşünürəm: O vətəndaşdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunan “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda”kitabını oxuyanda da belə düşündüm.Kitabdakı mövzuların, araşdırma və tədqiqatların, təhlillərin başlığı da bunu təsdiq edir:”Azərbaycanın bölünməsi: tarixi gerçəkliklər və müqavilələrin rolu”, “Güney Azərbaycanın tarixi abidələri”, “Fərəhin ən gözəli azadlıqdır”, “Güney Azərbaycanda türk toponimlərinin soyqırımı”,“İranda buxovlanan Azərbaycan Türkcəsi”, “Güney Azərbaycanda folkloru. Xalq həyatının və milli kimliyinin əks-sədası” və s.

Esmira xanımın özünəməxsus, tərtəmiz dili isə kitabı daha oxunaqlı edir. Bu böyük bir zəhmətin nəticəsi deyil sadəcə, bu vətən yanğısıdı. Hamı özünü vətəndaş hesab edir. Vətəndaş olmur hamı. Bu ən ali, üst bir duyğudu: o səninlə böyüyür, səni böyüdür. Esmira xanım bu duyğuyla böyüyüb, yaşayır.O, parçalanmış torpaq ağrısı, bütöv Azərbaycan sevgisi ilə Güney Azərbaycan ədəbiyyatını illərdir tədqiq edir, araşdırır, bizlərə təqdim edir. Növbəti kitabında da bunun şahidi olursan.

“Güney Azərbaycan etnokultroloji dəyərlər diskusunda” İlk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi  sənəd - Kürəkçay müqaviləsi - Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan və bədnam Türkmənçay “Sülh” müqaviləsindən bəhs edən araşdırma yer alıb. Adında “sülh” yazılan-içəriyində isə Azərbaycanın bölünməsi əks olunan müqavilələr maddə-maddə təqdim olunur. Bu müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolundan söz açılır. Oxuduqca elə bilirsən, bunu bir tarixçi yazıb.

Kitabda“Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq amacı ilə yürütdüyü məkrli inzibati siyasət”inin“qeyri fars millətlərin varlığına, onların milli birliyinə, hansısa qurumda birləşməsinə qarşı çevrilməsi”nə də toxunulur. Bu siyasətin bütövlükdə azəri türklərinə qarşı yönəlməsi vurğulanır: ”Rza şahın Güney Azərbaycan da yürütdüyü farslaşdırma siyasəti ilə Stalinin Qüzeydə apardığı ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın erməniləşdirmə siyasətini tutuşdursaq, nə qədər oxşarlıqların olduğunu aydın görərik”.

İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri  ədəbi müstəvidə təqdim edilir.

Düşündürəcək çox məsələlərə toxunub Esmira xanım. “Bir xalqı məhv etmək üçün onun dilini məhv etmək kifayətdir” ifadəsini bilirik hər birimiz. Amma bir xalqı məhv etmək elə onun adlarını məhv etməkdən başlayır. Çox təəssüf ki, Quzey Azərbaycanda bunu fərqinə varmadan könüllü edirik, fars, ərəb adları baş alıb gedir. Burda ad yasağı yoxdu. Bir ara bəzi adların qadağası ilə bağlı fikir dolaşdı, özümüz hayküy saldıq. Güneydə isə əksinədi: övladlarına türk mənşəli adlar qoymaq üçün çəkişir insanlar, məhkəmələrə müraciət edir, məsələn Türkay adı üçün.Ərəb, fars adlarını qoyanlar məsələnin mahiyyətini anlamaq istəmir. Bunu inanclarına bağlayırlar. Guya allaha sevgidir bu. Guya ad sənin inancına olan sədaqətindir. Sən əvvəlcə öz adını, öz daşını-çınqılını sevməlisən. Öz soy- kökünü sevməlisən.

Adlar, eləcə də coğrafi adlar (toponimlər) xalqın milli sərvəti, eyni zamanda tarixi keçmişinin güzgüsüdür. Toponimlər coğrafi və antropoloji tədqiqatlarda xüsusi əhə­miy­yət daşıyır... Ümumiyyətlə, landşaft elementləri, məsələn, bir yerdə bitən bitkilər, orada yaşayan heyvanlar, həmçinin qayalar, rənglər, su yolları, hətta orada yaşayan, işləyən və ya savaşan personajlar müəyyən bir yer adının mənşəyi ola bilər... Yer-yurd adları o yerlərdə yaşayan xalqın milli kimliyinin göstərici nişanələrindəndir. Ona görə də paniranistlər türk kökənli adların, insan, yer-yurd adlarının yaddaşlardan silinməsini planlı şəkildə həyata keçiriblər... 

Güney Azərbaycanda kənd adları daha çox dəyişikliyə məruz qoyulub. Əksər hallarda daha əvvəlki türk adlarına bənzəyən farslaşdırılmış adlar seçilir və elə göstərilir ki, guya bu adlar əvvəldən farsca imiş! Belə görünür ki, hökumətin amacı Güney Azərbaycandan türk və Azərbaycanlı kimliyini silməkdir. Adları farslaşmış olan kəndlərin sayı çoxdur: Pəlmə yer→Por mehr, Sumay→Some`e, Köhsalar (Köksalar)→Kuhsalar, Şah bəy→Şah abad→Şave, Tarı qaya→Toraqıyye, Uşaqlı→Oşşaq, Souk (“soyuq” sözünün başqa versiyası)→Şayeq, Sürməlik→Səraye Məlek, Barış→Barənc, Suca→Şoca`, Şavalı→Şə`banlu, Başdam→Bəstam, Su batan→Taze deh, Qərə su →Siyəh Çeşme, Qazan xan→Ğaziyan, Qalalar→Qəllat, ...

 

Kitabda ikiyə bölünmüş vətənin ağrılarını əks etdirən bədii nümunələr verilib. Bir xalqın xoşbəxtliyi onun vətəninin tamlığı bütövlüyüdür. Biz xoşbəxt ola bilmirik. Qadir Cəfərinin “Biz mutlu olmadıq, heç zaman “xoşbəxtlik qafiyəsi”ni tapmadıq-misraları məhz bunu ifadə edir. İllərdi güneyin ədəbi proselərini izləyən, öyrənən Esmira Fuad güneyli qadın yazarların yaradıcılığına xüsusi diqqətlə yanaşır.”Güney ədəbiyyatında feminizm...” məqaləsində qeyd etdiyi kimi “Bu gün Güneyin çağdaş qadın yazarlarını oxuduqca onların ailədaxili sıxıntılardan,gündəlik həyatda olançatışmazlıqlardan, ən adi qadın hüquqlarının pozulmasından başlayan etirazının artıq məişət çərçivəsindən çıxaraq geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə despotizm rejiminə ünvanlandığının şahidi oluruq.” Esmira xanım bu fikirləri həm də qadın yazarların misraları ilə oxucuya çatdırır.

“O taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu” başlıqlı son yazıda “tariximizə qısa ekskurs” edən yazıçı “tarixdə analoqu olmayan 44 günlük savaşın gedişi zamanı 2020-2023-cü illərdə yeni dövrün-XXI-ci əsrin “müharibə ədəbiyyatı yaranmağa başladı”ğını da qeyd edir vəbu ədəbiyyat haqqında da məlumat verir.

Hə­­min ərə­­fə­­də və sa­­vaş­­dan sonra­­kı dö­­nəm­­də Gü­­ney ya­­zar­­la­­rı­ Qa­­ra­­ba­­ğa və 44 gün­­lük sa­­vaş­­da ya­­zıl­­mış ye­­ni şə­­rəf ta­­ri­­xi­­mi­­zə şe­­ir, poema­­ və nəsr əsər­lə­ri həsr et­­di­­lə­­r...” Ona görə biz də onların yanında və arxasında olmalıyıq. Güneyli aktivistlər də etiraf edirlər ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın pre­zi­den­ti, Ali Baş Ko­man­dan, cə­nab İl­ham Əli­ye­vin za­man-za­man Gü­ney Azər­bay­can türk­lə­ri­nin var­lı­ğı­nı və mü­ba­ri­zə­si­ni dəs­tək­lə­yən açıq­la­ma­la­rı Gü­ney xal­qı­na bö­yük mə­nə­vi güc ve­rib. Öl­kə baş­çı­mı­zın: “Biz hə­yat tər­zi­mi­zin, Azər­bay­ca­nın dün­yə­vi inki­şaf vek­to­ru­nun və azər­bay­can­lı­la­rın, o cüm­lə­dən İran­da ya­şa­yan azər­bay­can­­lı­la­rın mü­da­fiə­si üçün əli­miz­dən gə­lə­ni edəcə­yik. On­lar xal­qı­­mı­­zın bir his­sə­si­dir...”, “Türk dün­ya­sın­da gənc nəs­lin ya­şa­dıq­la­rı öl­kə­lər­də, mək­təb­lər­də öz ana di­lin­də təh­sil al­maq im­ka­nı ol­ma­lı­dır. Əf­sus­lar ol­sun ki, Azər­bay­can döv­lə­ti­­nin hü­dud­la­rın­dan kə­nar­­da ya­şa­yan 40 mln. azər­bay­can­lı­­nın ək­sə­riy­yə­ti bu im­kan­lar­dan məh­rum­­dur”, - açıq­la­ma­­sın­­a da diqqət çəkilir.

Kitabda dərin təhlilə, məntiqə söykənən 23 elmi yazı verilib. Və hər bir yazı oxumaq, öyrənmək, düşünmək üçündür.

Kamalə Abiyeva

Избранный
11
adalet.az

1Источники