RU

Rusiya HHM sistemlərini Suriyadan Liviyaya köçürür

AzVision.az xəbər verir ki, ABŞ-dəki və Liviyadakı məmurlara istinad edən“The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, Rusiyanın yük təyyarələri HHM sisteminin elementlərini, o cümlədən S-400 və S-300 radarlarını Suriyadan Moskvanın müttəfiqi, Liviya Milli Ordusunun baş komandanı Xəlifə Hahtarın nəzarətində olan Liviyanın şərqindəki hərbi bazalara çatdırıb.

“Təhvil verilən silahların Liviyada qalacağı, yoxsa Rusiyaya qaytarılacağı hələlik bəlli deyil”,- amerikalı məmur bildirib.

Kreml və Haftarın nümayəndələri məsələnin şərh olunması ilə xahişlərə cavab verməyiblər. Hazırda Rusiyanın Liviyadakı “Vaqner” özəl hərbi şirkəti Xəlifə Haftarın ölkənin qərbində yerləşən və Türkiyənin dəstəklədiyi qruplardan müdafiəsini təmin edir. “Vaqner”in üzvləri Liviyanın şərqindəki hərbi qurğulardan, o cümlədən hava bazasından Afrikanın digər ölkələrinə tranzit qovşağı kimi istifadə edirlər.

- Rusiyanın yüksək rütbəli rəsmiləri artıq keçən il Haftarla görüşərək Rusiyanın Benqazi və Tobruk limanlarından istifadəsinə dair uzunmüddətli razılaşmaların mümkünlüyünü müzakirə ediblər. Moskva Rusiya hərbi gəmilərinin yerləşdirilməsi üçün Tobrukdakı obyektləri təkmilləşdirməyi nəzərdən keçirir”,- Vaşinqtondakı həmsöhbətlərdən biri WSJ nəşrinə deyib.

Qəzet həmçinin Haftarın dəfələrlə Rusiyadan HHM sistemləri istədiyini xatırladıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
12
7
azvision.az

8Источники