RU

"Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq" - Deputat

"“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur. Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək".

QHT.az xəbər verir ki, bu sözləri depuatat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər, çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil: "Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir".

Избранный
4
49
qht.az

10Источники