RU

"Məzhəbçiliyin son hədəfi terrordur"- Tural İrfan yazır

Fars molla rejimi Suriyada müsəlmanları genosid etmək üçün Əsəd rejiminə verdiyi 30 milyardı indiki hakimiyyətdən tələb edir. Həyatın təzadına bax: özünü müsəlman sayan bir rejim digərinə milyardlar verir ki, xalqı qırsın. Sonra da qırılan xalqın hakimiyyətinə deyir ki, sizi qırmaq üçün, başınıza tökdüyümüz bombaların pulunu verin.
Həyasızlığın, imansızlığın, İslam düşmənçiliyinin son həddinə baxın. Suriyada vaxtilə İranın dəstəyi ilə Türkiyə və Azərbaycanda terror törətmək üçün təşkil olunmuş qruplar PKK-a qoşulur. Qanlı fars rejimi indi də PKK-nı bəsləyəcək. ASALA və Daşnaksütun kimi təşkilatlara sahib çıxacaq.
Əsəddə türk və müsəlman düşmənçiliyini fars rejimi şiddətləndirib. 21 il həbsdə yatmış Türkiyə vətəndaşı deyir ki, bütün başqa millətlərdən olan məhbusları arada amnistiya edib buraxırdılar. Ancaq biz türklərdən başqa. Bizə deyirdilər ki, birbaşa Əsədin əmridir ki, Türkləri buraxmayın, qoy gəlib onları Ərdoğan xilas etsin...
Fars molla rejiminin müsəlman ölkələrində törətdiyi fitnə - fəsadı, qırğınları, zülüm və dəhşətləri heç orta əsrlərdə səlibçilər də etməyib. İslam ümmətinin sinəsində qara yaraya çevrilən bu rejimin barmağının olduğu yer cəhənnəmdir, xarabdır, bərbaddır...
Hələ İraq da peşman olacaq, az qalıb. Artıq orada da fars rejiminin İraqda törətdikləri cinayətlərə qarşı etirazlar baş verir. Əsasən, Azərbaycan əsilli dini lider Əbülqasim Xoidən sonra fars Sistanini başa keçirmək üçün aradan götürdüyü ərəb əsilli Ayətullah Sadiq Sədrin oğlu Müqtəda Sədrin tərəfdarları bu etirazlara qoşulurlar.
Ötən illərdə fars molla rejimi Səudiyyə Ərəbistanını qarışdırmaq üçün yetişdirdiyi Ayətullah Nimr adlı şəxsi qızışdırıb tribunaya çıxardı və qısa zaman sonra onu edam etdirdi ki bəlkə ölkə qarışa. Ancaq Səud hakimiyyəti buna imkan vermədi. Yəni, bütün müsəlman ölkələrində məzhəbçilik və terror toxumu səpərək İslamı tamamilə sıradan çıxarmağa hesablanmış fars şüubiyyə hərəkatı rejimi İraqın Nəcəf şəhərində əslən Xoydan olan böyük alim Ayətullah əl Üzma Əbülqasim Xoinin vəfatından sonra dini liderliyə daha layiq və yaxın olan Sadiq Sədri təxribata düçar edərək aradan götürdü ki, fars, əslən İranın Sistan vilayətindən olan, ərəb dilini belə bilməyən, dünya müsəlmanlarına bircə müraciəti, xitabı, çıxışı ilə yadda qalmayan Sistani başa keçsin. Sədrin öldürülməsini də Səddam Hüseynin üstünə yıxdılar ki, bəlkə ölkə qarışa, lakin Səddam bunun qarşını aldı.
Sistani də İraqda məzhəbçilik ənənələrini yaşadaraq inanclı və istismara məruz qalan sadəlövh əhalini şübhələndirməmək üçün asma ki, fars rejiminə müxalif bir görkəm aldı. Guya "ziddi - inqilab", "ziddi - vilayət" oldu. Ona görə ki, Qərb ölkələri ilə münasibəti saz saxlasın. Axı açıqdan rejimi dəstəkləsə bu ağ olar... Donald Ramsfeld öz xatirələrində yazır ki, Pentaqonda xüsusi bir "Sistani ilə əlaqələr şöbəsi" fəaliyyət göstərir 1980-ci illərdən...
Bu şəxs ABŞ - İraqda daxil olanda 12 milyon dollar alaraq Küveyt sərhəddinin açılması və işğalçı əsgərlərə müqavimət göstərilməməsi üçün fətva verdi. Dünya mətbuatı bunu "12 milyon dollarlıq fətva" başlığı ilə tirajlamışdı o zaman.
Azərbaycanda da fars rejimi öz adamlarını yetişdirib oxşar təxribatları törətməyə cəhdlər edir. Pakistanda, Türkiyədə və başqa müsəlman ölkələrində Əhli Beyt mənsublarının adı altında terror təşkilatları qurur, müsəlmanlar arasında təxribata, qırğına hazırlıq görür. İlkin mərhələdə bu prossesə məzhəb ayrıseçkiliyi və xurafatlar sayəsində start verir. Tədricən həmin təşkilatları siyasiləşdirir, məscid minbərlərini tribuna ilə əvəz edir və sonuncu mərhələdə də silahlandırıb salır xalqın canına. Məqsəd isə Sasani imperiyasının heç olmasa ideoloji sərhədlərini bərpa etməkdir.
Vaxtilə ABŞ-nın da "halallıq" verdiyi "Şiə hilalı" layihəsi əslində keçmiş Sasani sərhədlərinin uğrundakı savaşa xeyir - dua idi.
Məzhəb adı ilə, məzhəbçilik başlığı altındakı istənilən təşkilat, istənilən qurum şübhəsiz ki, ya təxribat ya da terror məqsədi ilə qurulur. Bunu unutmamaq lazımdır.
Tural İrfan, MCP-nin sədr müavini
Избранный
12
news365.az

1Источники