Xəbər verdiyimiz kimi, “Real Madrid” Meksika “Paçuka”sını 3:0 məğlub edərək Qitələrarası Kubokun sahibi olub.
Tribunainfo.az xəbər verir ki, madridlilərin heyətində ilk qolu 37-ci dəqiqədə Kilian Mbappe vurub. O, Vinisus Juniorun məhsuldar ötürməsini dəyərləndirib. Bundan sonra Rodriqo 53-cü, Vinisius Junior isə 84-cü dəqiqədə fərqlənib.
Nəticədə “Real” tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.
Vinisusun ötürməsinin görüntüsünü təqdim edirik: