RU

Azərbaycanda həyət evləri ucuzlaşır - SƏBƏB

Daşınmaz əmlak əldə etmək arzusunda olanlar adətən iki qismə bölünür: Bina və yaxud həyət evi almaq istəyənlər.

Həyət evlərini seçənlər indi daha az pul xərcləyirlər. Çünki fərdi yaşayış evlərinin qiymətində 7-8 faizə yaxın azalma var.

Qiymətlər evlərin sənədinin olub-olmamasına görə dəyişir.

Bakıvaxtı.az İTV-yə istinadən xəbər verir ki, çıxarışı olmayan fərdi yaşayış evləri alıcılara daha ucuz təklif olunur.

Rieltor Vəfadar Axundovun sözlərinə görə, Xırdalan və Masazır ərazisində evlər 20-25-30 mindən və 350-400 min manatadək təşkil edir:

"Evin sənədindən, tikilinin yaşayış sahəsindən asılıdır. 30 minə Xırdalanda satılan mənzil Masazırda 23-25 mindir. 3 otaqlı evlər isə 35 min manatdan başlayır".

Ötən ilin oktyabr ayından sənədsiz torpaqlarda tikilən evlərə kommunal xidmətlərin göstərilməsi dayandırılıb. Artıq vətəndaşlar çıxarışlı həyət evlərinə üstünlük verirlər. Bu kimi amillər sənədi olmayan evlərdə qiymətlərin aşağı düşməsində mühüm rol oynayır.

Daha ətraflı aşağıdakı süjetdə:

Избранный
4
26
bakivaxti.az

10Источники