Britaniya Ukrayna Silahlı Qüvvələrinə (VSU) 286 milyon dollar dəyərində yeni yardım paketi verməyi planlaşdırır. Bu barədə Reuters məlumat yayıb.
“Britaniya cümə axşamı Ukraynaya əlavə 225 milyon funt-sterlinq (286 milyon dollar) hərbi texnika göndərəcəyini bildirib”, - agentliyin hesabatında deyilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural