RU

Azərbaycanda “Media savadlılığı” fənn kimi tədris edilsin ”

Media savadlılığı insanların mediada təqdim edilən məlumatları analiz edə, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir”.

Bunu açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bildirib.

“Media Savadlılığı” Həftəsində saytımıza danışan V.Zifəroğlu qeyd edib ki, bu mənada 21-ci əsrdə media savadlılığı olduqca ciddi önəm daşıyır: “Təsadüfi deyil ki, müxtəlif ölkələrdə media savadlılığı ilə bağlı fərqli layihələr, proqramlar, maarifləndirmə tədbirləri həyata keçirilir və bu istiqamətdə ardıcıl, sistemli iş görülür. Ona görə ki, 21-ci əsr informasiya və informasiya texnologiyaları əsridir. Bu gün medianın ciddi təsir imkanları var. Bu təsir təbii ki, bizim həyatımızda özünü göstərir, hər birimiz medianın içindəyik. Buna Marshal Mcluhanın “Media yaradıcıdır” nəzəriyyəsini misal göstərmək istərdim. Yəni sözün həqiqi mənasında media müasir dövrdə böyük təsir gücü yaradıb. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var. Mənfi tərəflərə ilk növbədə informasiya bumunun içində bizim müxtəlif neqativlərə məruz qalmağımız, dezinformasiyaların yayılması, manipulyasiya problemləri aiddir”.

Избранный
19
5
news365.az

3Источники