Rusiyanın Kamçatka vilayətində Milkovo-Ossora marşrutu üzrə kommersiya uçuşu həyata keçirən An-2 təyyarəsi yarımadanın şimalında yoxa çıxıb.
Gundem.az xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub:
“Moskva vaxtı ilə saat 4:45-də göyərtədəki təcili eniş sisteminin 700 metr yüksəklikdə işə düşməsi barədə məlumat daxil olub. Həmin yerə ən yaxın yaşayış məntəqəsi 80 kilometr cənub-cənub-şərqdə yerləşən Klyuçi kəndidir”.
Qeyd olunur ki, axtarışların aparılması üçün Tiliçiki kəndindən üç xilasedicisi olan Mi-8 helikopteri havaya qalxıb, Fövqəladə Hallar Nazirliyinin və rayon bölmələrindən əlavə on mütəxəssis göndərilib.