RU

Nazir müavini: Növbəti illərdə hüquq ixtisasına qəbulun artırılması istiqamətində addımlar atıla bilər

““Hüquq” ixtisası üzrə qəbul planı hər il artırılır. Hazırda 9 ali təhsil müəssisəsində bakalavr və magistratura səviyyələrində “Hüquq” ixtisası üzrə tələbə qəbulu həyata keçirilir”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu “Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, 2024-2025-ci tədris ili üçün bakalavr səviyyəsində “Hüquq” ixtisası üzrə 1395 qəbul yeri ayrılmışdı və tam dolub: “Bu göstərici iki il əvvələ nisbətən 50% artım deməkdir. Magistratura səviyyəsində isə təxminən 222 qəbul yeri ayrılıb ki, bu da iki il əvvəlki göstəricilərdən 26% çoxdur”.

Nazir müavini əlavə edib ki, növbəti illərdə də “Hüquq” ixtisası üzrə tələbə qəbulunun artırılması istiqamətində addımlar atıla bilər.

Избранный
10
1
tehsil.biz

2Источники