RU

Üzgüçülərimiz beynəlxalq turnirdə iştirak edəcək

Yazını böyüt
Yazını kiçilt

Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatında Azərbaycan milli komandası 15 üzgüçü ilə mübarizəyə qatılacaq.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yarışda yığmanın heyətində Ramil Vəlizadə (50, 100, 200 metr məsafəyə “butterfly”, 200 metr məsafəyə qarışıq), Fatimə Alkərəmova (50, 100, 200 metrlər məsafəyə sərbəst üsul, 50 metr məsafəyə brass, 200 metr məsafəyə qarışıq), Rəşad Alquliyev (50,100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə qarışıq üsul ) Əbdürrəhman Rüstəmov (50, 100 metr məsafəyə sərbəst, 50,100 metr məsafəyə “butterfly”), Səid Həmidov (50, 100 metr məsafəyə sərbəst, 200 metr məsafəyə qarışıq, 50 metr məsafəyə “butterfly”), Orxan Əliyev (50,100 metr məsafəyə sərbəst üsul, 50 metr məsafəyə “butterfly”), Timur Beker (50, 100 metr məsafəyə brass, 50, 100 metr məsafəyə sərbəst), Anastasiya Boborıkina (50, 100, 200 metr məsafəyə brass), Oqtay Hüseynov (200 metr məsafəyə “butterfly”, 400 metr məsafəyə qarışıq, 400, 1500 metr məsafəyə sərbəst), Süleyman İsmayılzadə (200, 400 və 1500 metr məsafəyə sərbəst), Vlastelina Xasyanova (50,100 və 200 metr məsafəyə sərbəst), Fərhad Şirməmmədli (50, 100, 200 metr məsafəyə sərbəst, 200 metr məsafəyə qarışıq), Mehri Əbdürrəhmanlı (50, 100,200 metr məsafəyə “butterfly”, 50 metr məsafəyə sərbəst, 50 metr məsafəyə arxası üstə), Amin Oruclu ( 400, 1500 metr məsafəyə sərbəst, 50 metr məsafəyə “butterfly”, 50 metr məsafəyə qarışıq) və Məryəm Cavadova (50, 100 200 metr məsafəyə sərbəst, 50 metr məsafəyə “butterfly”) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi mübarizəyə dekabrın 20-də başlayacaq. Turnirə dekabrın 22-də yekun vurulacaq.

Избранный
2
4
hafta.az

6Источники