RU

Bu ölkə “TikTok”-la bağlı qadağanı ləğv edə bilər

Image

ABŞ Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsinin aktivlərinin satılması və ya ABŞ-da qadağan olunması ilə bağlı qanunun Birinci Dəyişikliyi (First Amendment) pozub-pozmadığını nəzərdən keçirəcəyini açıqlayıb. Məhkəmə bildirib ki, “TikTok”un 10 yanvar tarixinə irəli sürdüyü arqumentlərə baxılacaq, lakin sosial şəbəkəsinin aktivlərinin satılması ilə bağlı son günün (19 yanvar) müəyyən edilməsi ilə bağlı qərarı qüvvədə qalacaq.

Qeyd edək ki, “TikTok” sosial şəbəkədən istifadənin qadağa olunmasının milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırılmasına dair Appeliyasiya Məhkəməsinin qərarının ləğvi üçün Ali Məhkəməyə müraciət edib. Konqres bu qanunu aprel ayında iki partiyanın böyük dəstəyi ilə təsdiq edib. Qanun layihəsinin tərəfdarları bildiriblər ki, “TikTok” milli təhlükəsizlik üçün risklər yaradır və Çin hökumətinin proqram vasitəsilə amerikalıları casusluğa cəlb edir və təbliğat aparır.

Mətləb Salahov






Избранный
5
7
baki-xeber.com

8Источники