RU

Azərbaycanda əmək müqavilələrinin sayı 50% artıb

Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayında 609 min (50%) artım olub.

"Operativ Media" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2018-2024-cü illərdə 1,8 milyon nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub:

"Həmin müddətdə 635 min şəxs işlə təmin edilib. Özünüməşğulluq proqramı başlayandan, yəni 2017-ci ildən, növbəti il də daxil olmaqla, proqrama cəlb ediləcək şəxslərin sayı 100 min olacaq".

S.Babayev vurğulayıb ki, həmin müddətdə 36 min şəxs peşə hazırlığına, 830 min şəxs peşəyönümlü xidmətlərə cəlb edilib, 32 min şəxsə isə işsizlikdən sığorta təyinatı olub.

Избранный
4
6
operativmedia.az

7Источники