Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 60-90-cı km-lik hissəsində gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.