Gəncədə "Təmas" Regional İnkişaf İctimai Birliyinin Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
2024-cü ildə 408 qadın və uşaq sığınacağa yerləşdirilib. Onun 18 nəfəri insan alveri qurbanı, 390 nəfəri isə insan alverinin potensial qurbanlarıdır. Onlardan 265-i uşaqdır.
Bizim.Media xəbər verir ki, bunu Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bələdiyyənin istəyi Gəncə şəhərində bələdiyyənin nəzdində fəaliyyət göstərən bir aliə, qadın sığınacağının yaradılmılasıdır.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта