RU

Zelenski sülh danışıqlarında ordu ilə bağlı tələblə razılaşmayacağını açıqlayıb

Zelenski

Mümkün sülh danışıqları zamanı Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikasının sayının azaldılması şərti ilə razılaşmayacağıq.

APA-nın “ strana.ua”ya istinadən xəbərinə görə, bunu prezident Vladimir Zelenski açıqlayıb.

O əlavə edib ki, əsas məqsəd ordunun Avropanın güclü və nəhəng ordusuna çevirməkdən ibarətdir.

Ukrayna lideri ölkəsinə sülhməramlı missiyanın cəlb olunması ideyası barədə də danışıb:

"Orduda məhdudlaşma həyata keçirməyə ixtiyarımız yoxdur. Ölkəmizin təhlükəsizliyinin təminatına aparan ən uğurlu yol NATO-ya üzvlük məsələsinin həll olunması, habelə Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsindən keçir. Mən eyni zamanda ölkəmizə sülhməramlıların gətirilməsi məsələsini də dəstəkləyirəm. Bir sıra Avropa liderləri buna tərəfdardır. Proses kifayət qədər mürəkkəbdir və özündə bəzi riskləri ehtiva edir” – deyə, V. Zelenski fikirlərini tamamlayıb.

Избранный
6
2
xalqcebhesi.az

4Источники