RU

Bu qurumda iştirak Azərbaycana yalnız müsbət dividentlər gətirə bilər- ÖZƏL

""İslam Səkkizliyi" 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu ölkələrin ümumdaxil məhsulu 2.5 trilyondan artıq olmaqla dünya iqtisadiyyatının təxminən 5 faizini təşkil edir. O cümlədən əhali sayı 1 milyardın üzərindədir ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Bu ölkələrin həm iqtisadi, həm coğrafi insan potensialı kifayət qədər güclüdür". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib:

"Məhz bu ölkələrin fəaliyyətlərini əlaqələndirməsi onların dünya siyasi arenasında daha əhəmiyyətli yer tutmasına səbəb ola bilər. Azərbaycanın bu təşkilatla münasibətlərinə gəlsək, orada təmsil olunan bir çox ölkələrlə Azərbaycanın kifayət qədər yaxın münasibətləri var. Bu ölkələrlə Azərbaycanın münasinətləri də davam etməkdədir. Bu qurumda iştirak etmək Azərbaycana yalnız müsbət dividentlər gətirə bilər. Belə ki, həmin ölkələrlə bizim münasinətlərimizin və gələcək perspektivdə daha da dərinləşməsi və bunun qarşılığında da faydalı əməkdaşlıq əsasında fəaliyyət göstərə bilərik. Əgər belə bir cəhd alınacaqsa, Bakı bu təşkilatda münasibətlərini dərinləşdirəcəksə, bu tərəflərin hamısının faydasına olacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники