"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günləri ərəfəsində sərnişin tələbatını təmin etmək məqsədilə 28 və 29 dekabr tarixlərində Bakıdan Ağstafaya və Ağstafadan Bakıya əlavə qatar reysləri təyin edib.
Bu barədə "İki sahil"ə ADY-dən bildirilib.
Xatırladaq ki, 30 dekabr-5 yanvar bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.