Tovuzda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.
Belə ki, məktəbin 15-dən artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsi Bizim.Media-ya faktı təsdiqləyib.
İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта