1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi"dən ayrılan Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Oxu.Az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin LNZ klubuna rəhbərlik edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib. O, Çerkassı klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.
LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.
Qriqorçuk mövsümün əvvəlində "Neftçi"yə baş məşqçi təyin edilmişdi. O, Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməmiş və istefaya göndərilmişdi.