RU

Türkiyə mətbuatı, 19 dekabr 2024

 

“Sabah”: Ərdoğan “Suriyanın sabitliyi regionun sabitliyidir” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Mikati ilə birlikdə mətbuat konfransında Türkiyənin İsrail təcavüzünə qarşı bütün imkanları ilə Livanın arxasında olduğunu bildirib. Suriyanın da ərazi bütövlüyünün əhəmiyyətinə diqqət çəkən Ərdoğan "Suriyanın sabitliyi bölgənin sabitliyidir" deyə vurğulayıb.

“Hürriyet”: Ərdoğanın müstəqil Türkiyəyə vurğusu

  Prezident R.T.Ərdoğan TÜBİTAK və Türkiyə Elmlər Akademiyasının Mükafatlandırma Mərasimindəki çıxışında "Hədəfimiz hər sahədə müstəqil Türkiyədir. Başqalarından asılı ölkə olmaq deyil, öz imkanlarımızı səfərbər etmək istəyirik" deyib.

“Haber Türk”: Fidan YPG-yə qarşı əməliyyat iddialarına cavab verdi

  Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib: "Hazırda bu, ilk növbədə rəsmi Dəməşqə aid bir məsələdir. Yəqin ki, lazım olanı edəcəklər. Ona görə də bizim müdaxiləmizə ehtiyac qalmayacaq".

“Yeni Şafak”: Fidan Misir və İrana işarə edərək həmrəyliyə çağırdı

  Misirdə keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edən Türkiyənin Xarici işlər naziri Hakan Fidan çıxışında İsrailin Qəzzada törətdiyi soyqırım hücumlarına toxunaraq deyib: "Qəzza və Livanın hər cür dəstəyə ehtiyacı var. İsrailin bu bölgədəki ölkələrə, xüsusilə Misir və İrana qarşı təcavüzkar rəftarına qarşı həmrəylik nümayiş etdirməliyik."

“Star”: Sabiq prezidentdən Türkiyənin bölgədəki roluna tərif

  Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar Kitaroviç Türkiyənin qlobal bir oyunçu olduğuna diqqət çəkərək “Biz Rusiya və Ukrayna arasında atəşkəs və nəhayət, sülh axtarışı üzərində çox təzyiq olacağı bir dövrə doğru irəliləyirik. Türkiyə burada çox məhsuldar rol oynayacaq” deyib.



Избранный
7
trt.net.tr

1Источники