RU

Blinken: “ABŞ  Qəzzada atəşkəsin təmin edilməsinə və hücumların qarşısının alınmasına səy göstərir”

ABŞ dövlət katibi Antoni Blinken “The Foreign Affairs” jurnalında Daniel Kurtz-Phelan ilə Qəzzada atəşkəs və girov danışıqlarını müzakirə edib.

KONKRET.az xəbər verir ki,  bu barədə “Haaretz”qəzeti yazıb. Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar davamlı atəşkəsin təmin edilməsinə və gələcək hücumların qarşısının alınmasına səy göstərir. O, qeyd edib ki, HƏMAS bu yaxınlarda Hizbullah və İrandan dəstəyin gəlmədiyini anladıqdan sonra yenidən danışıqlara başlayıb. Blinken atəşkəsin vacibliyini vurğulayıb. O, həmçinin İsrailin təhlükəsizlik problemlərini həll edəcək və Səudiyyə Ərəbistanı üçün əsas məsələ olan Fələstin dövlətinə etibarlı yol yaradacaq uzunmüddətli həll yoluna ehtiyac olduğunu bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
11
konkret.az

1Источники