Türkiyənin Ərdahan şəhərində yağan güclü qara görə məktəblərdə tədris prosesinə 1 günlük fasilə verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ərdahan valisi Hayrettin Çiçək məlumat verib.
O bildirib ki, yağan güclü qar və şaxtalı hava şəraiti bir sıra fəsadlara səbəb olub.
Həmçinin Ərdahan Universitetində də hava şəraiti ilə əlaqədar olaraq dərslər təxirə salınıb.
Bundan başqa, Ərdahan-Gölə avtomobil yolu da nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə