RU

Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Xalq artisti, mərhum aktrisa Gülşən Qurbanovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, G.Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda dünyaya göz açıb.
Aktrisa Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1974). Həmin ildən Gənc Tamaşaçılar Teatrında çalışıb.
"Mərcan" ("Mənim nəğməkar bibim", Ə.Əylisli), "Eyzəngü" ("Şirinbala bal yığır", S.Qədirzadə), "Çiçək" ("Ana laylası", İ.Coşqun), "Nabat" ("Tamahkar", S.S.Axundov), "Şahnaz" ("Şəhərli oğlan", Q.Rəsulov), "Almagül" ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), "Gülarə" ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), "Nera" ("Zəncirlənmiş Prometey", C.Məmmədov), "Gülnaz" ("Pul dəlisi", Ə.Orucoğlu), "ana" ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. rolları ilə yadda qalan obrazlar yaradıb.
Gülşən Qurbanova tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olub.
Aktrisa 17 noyabr 2006-cı ildə televiziya verilişlərinin birinin efirindən evə gələrkən üçüncü dəfə infarkt keçirib və 56 yaşında vəfat edib.
Избранный
11
oxu.az

1Источники