RU

Daha bir nəşr Trampı "İlin adamı" seçdi

Britaniyanın “Financial Times” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı "İlin adamı" elan edib.

"Unikal" xəbər verir ki, nəşr bu statusu 2016-cı ildən bəri ikinci dəfə siyasətçiyə verir.

 Bu il “Financial Times” hesab edib ki, Trampın yenidən ABŞ prezidenti seçilməsi ölkənin ən yaxın tarixində Ağ Evə “ən dramatik qayıdış” olub.

 2023-cü ildə FT Danimarkanın Novo Nordisk əczaçılıq şirkətinin rəhbəri Lars Yorgenseni "İlin adamı" kimi tanıyıb.

Artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk Amerika siyasətçisi oldu.

Qeyd edək ki,  bundan əvvəl "Time" jurnalı da Trampı "İlin adamı" seçmişdi. 

Gülayə Mecid 

Избранный
8
4
unikal.az

10Источники