RU

“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək

“Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Valyuta.az xəbər verir ki, yığıncaq gələn ilin fevralın 2-nə təyin olunub.

Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi, eləcədə 2024-cü ilin maliyyə hesabatının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb və nizamnamə kapitalı 29 milyon 266 min manatdır.

Избранный
4
valyuta.az

1Источники