“Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncaq gələn ilin fevralın 2-nə təyin olunub.
Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi, eləcədə 2024-cü ilin maliyyə hesabatının təsdiq edilməsi daxildir.
Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb və nizamnamə kapitalı 29 milyon 266 min manatdır.